Xalq rəssamının 90 illik yubileyinə həsr olunan sərgi keçiriləcək

Xalq rəssamının 90 illik yubileyinə həsr olunan sərgi keçiriləcək Elbey Rzaquliyev "Görüş", "Ögey ana", "Sevil" və s. filmlərin rəssamı olub
İncəsənət
7 Dekabr , 2016 14:48
Xalq rəssamının 90 illik yubileyinə həsr olunan sərgi keçiriləcək

Bakı. 7 dekabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dekabrın 13-dən 17-dək Azərbaycan Milli İncəsənət Muzeyində xalq rəssamı Elbey Rzaquliyevin 90 illik yubileyinə həsr olunan sərgi keçiriləcək.

Bu barədə "Report"a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sərgidə rəssamın ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərlər nümayiş olunacaq.

Xalq rəssamı "Görüş", "Ögey ana", "Sevil" və s. filmlərin rəssamı olub.

Qeyd edək ki, xalq rəssamı 1998-ci ildə çoxillik yaradıcılıq fəaliyyətinə, milli incəsənətin inkişafına verdiyi əvəzsiz töhfələrə görə "Şöhrət" ordeni ilə təltif olunub. O, Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülüb.

Son xəbərlər

Orphus sistemi