Xalq artisti Ramiz Zöhrabov II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB

Xalq artisti Ramiz Zöhrabov II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB Bəstəkar 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub
İncəsənət
24 Aprel , 2017 15:03
Xalq artisti Ramiz Zöhrabov II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB
Report.az

*** 14:14

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanın xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabovla vida mərasimi keçirilib.

“Report”un məlumatına görə, Təzəpir məscidində keçirilən mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib. 

Bəstəkar II Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, R.Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub. “Şöhrət” ordeni ilə təltif olunub, Prezident təqaüdçüsü idi. 

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi