Yuxarı

Xalq artisti Könül Xasıyeva konsertə hazırlaşır

Xanəndə noyabrın 3-4-də Təkcə səndən nigaranam adlı konsert proqramı ilə çıxış edəcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, xanəndə Könül Xasıyeva konsertə hazırlaşır.

Bu barədə "Report"a o özü məlumat verib.

Xalq artisti noyabrın 3-4-də Beynəlxalq Muğam Mərkəzində "Təkcə səndən nigaranam" adlı konsert proqramı ilə çıxış edəcəyini bildirib: "Hazırda konsertə hazırlıq gedir. İki gün keçiriləcək konsert proqramında muğam və təsniflərimiz, xalq mahnılarımızla yanaşı, bəstəkar mahnıları da səsləndiriləcək. Konsertdə ilk dəfə olaraq tələbələrimin də çıxışı gözlənilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi