Vladimir Vısotskinin şəxsi əşyaları hərraca çıxarılıb

Vladimir Vısotskinin şəxsi əşyaları hərraca çıxarılıb Əfsanəvi sovet aktyoru və şairinin əşyaları Parisdə satılacaq
İncəsənət
12 Oktyabr , 2015 20:13
Vladimir Vısotskinin şəxsi əşyaları hərraca çıxarılıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Əfsanəvi sovet aktyoru, şair, müğənni Vladimir Vısotskinin fransız əsilli həyat yoldaşı, aktrisa Marina Vladi onun şəxsi əşyalarını Parisdə hərraca çıxarıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Rusiya məbuatı yayıb.

Hərraca çıxarılan əşyalar içərisində Vısotskinin ölümqabağı üzünün surəti çıxarılan bürüncdən hazırlanmış maska, Marina Vladi üçün 1980-ci ildə yazdığı sonuncu sevgi şeirinin əlyazması, zərgərlik məmulatları, fotoşəkillər, yağlı və sulu boya ilə çəkilmiş tablolar, və s. yer alıb. V.Vısotskinin yazdığı son şeirin ilkin qiyməti 10 min avrodur. Ölümqabağı üzünün surəti çıxarılan maska isə 30-50 min avroya hərraca qoyulub.

Əşyalar arasında V.Vısotskiyə tanınmış şəxslərin avtoqrafı ilə bağışlanan fotolar və tablolar da yer alıb.

Hərrac noyabrın 25-də Druot malikanəsində baş tutacaq. Auksiona çıxarılan qiymətli əşyalar malikanəyə noyabrın 24-də gətiriləcək.

Son xəbərlər

Orphus sistemi