Yuxarı

Vaqif Səmədoğlunun anadan olmasından 80 il ötür

Vaqif Səmədoğlunun anadan olmasından 80 il ötür

Bu gün Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür 

“Report”un məlumatına görə, şairin anadan olmasından 80 il ötür.

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, Azərbaycan şairi Səməd Vurğunun ailəsində doğulub.

Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. 1968-1971-ci illərdə Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında İncəsənət redaksiyasının müdiri vəzifəsində çalışıb.

1970-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1989-cu ildə Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. 1992-1994-cü illərdə "Oğuz eli" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1998-ci ildə “Humay” mükafatının laureatı olub. 1999-cu ildə Xalq şairi fəxri adı ilə təltif olunub. 2000 və 2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə 2-ci və 3-cü çağırışlarda deputat seçilib. 2015-ci il yanvarın 28-də Bakı şəhərində vəfat edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi