Türkiyənin tanınmış müğənnisi Bakıda filmə çəkilib

Türkiyənin tanınmış müğənnisi Bakıda filmə çəkilib Bakı. 12 oktyabr. REPORT.AZ/ CinemaPlus Gənclik Mall kinoteatrında tanınmış türkiyəli müğənni Halil Sezai və aktrisa Müge Boz, həmçinin filmdə rol alan azərbaycanlı müğənni və aktyorların iştirakı ilə mətbuat konfransı keçirilib.
İncəsənət
12 Oktyabr , 2018 17:18
Türkiyənin tanınmış müğənnisi Bakıda filmə çəkilib
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 12 oktyabr. REPORT.AZ/ "CinemaPlus Gənclik Mall" kinoteatrında tanınmış türkiyəli müğənni Halil Sezai və aktrisa Müge Boz, həmçinin filmdə rol alan azərbaycanlı müğənni və aktyorların iştirakı ilə mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, film 2018-ci ildə Cinemazadeh şirkətinin ən böyük layihəsidir.

Filmin baş prodüseri, ideya müəllifi və quruluşçu-rejissoru Cəfər Axundzadə bildirib ki, filmdə, demək olar ki, hər kəs baş rol ifa edir: "Filmin bütün aktyor heyətini buraya yığmaq çətin olardı. Çəkilişlər hələlik davam edir. Bu, Azərbaycanın müasir filmləri arasında ən bahalı filmdir. Premyera vaxtını dəqiq deyə bilmərəm, yəqin ki, dekabrın 8-i ərəfəsində baş tutacaq. Film təkcə Türkiyədə deyil, Avropa kinoteatrlarında da nümayiş olunacaq".

Müğənni Halil Sezai bildirib ki, Müge Boz ilə bərabər surprizləri olacaq: "Filmdə hadisələr Yeni il ərəfəsinə təsadüf etdiyindən musiqi də ifa etmişəm. Doğrudan da, çox əyləncəli bir çəkiliş oldu".

Daha sonra aktyorlar jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, filmin ssenarisini Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə yazıb. Quruluşçu-operator Rauf Qurbanəliyev və Orxan Məmmədov, səs rejissoru Orxan Ağalarov, quruluşçu rəssam Zaur Abdullayev, geyimlər üzrə rəssam Mehriban Əfəndi, qrim üzrə rəssam Aytən Hüseynzadə, ikinci rejissor Vüsal Hacıqədir, post-prodakşn supervayzer Vüqar İslamzadə, vizual effektlər üzrə dizayner Rəşad Əfəndiyevdir. Musiqili direktor Aynur Axundzadə, sauntrekin bəstəkarı Elvin Novruzov, icraçı prodüsser Emil Davudzadə, marketinq direktoru Zaur Darabzadədir.

Film Yeni il gecəsi bir oteldə baş verən bir neçə hekayədən ibarətdir. Qəhrəmanlar da həmin hekayələr üzrə qruplaşıb. Neçə ildir nişanlana bilməyən, nəhayət, Yeni il günü nişan etmək istəyən cütlüyün hekayəsinin qəhrəmanlarını Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev canlandırırlar. Nişanda iştirak etmək üçün otelə gələn dostların hekayəsinin baş qəhrəmanları isə Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samirə Əfəndiyeva, Dilarə Kazımovadır. Ailəsinə öz hesabına böyük otel otağı kirayə götürən imkanlı şəxslər, radioda bilet udaraq Yeni ili qeyd etməyə gələn cütlüklərin hekayəsində baş qəhrəmanların rolunda Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov və Şəlalə Şahvələdqızı çıxış edirlər. Sevgilisinə özünü sübut etmək istəyən gəncin hekayəsində qəhrəmanları isə İslam Mehrəliyev, Kəmalə Piriyeva və Ceyhun Zeynalov canlandırırlar. Yeni il şousu üçün isə otelə Türkiyədən tanınmış müğənni Halil Sezai və aktrisa Müge Boz dəvət olunub. Otelin heyətini Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M.Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir canlandırırlar.

Son xəbərlər

Orphus sistemi