Yuxarı

Türkiyənin tanınmış aktyoru xəstəxanaya yerləşdirilib

Türkiyənin tanınmış aktyoru xəstəxanaya yerləşdirilib
Təcili cərrahiyyə əməliyyatı olunan Kadir İnanırın müalicəsi hazırda reanimasiya şöbəsində davam etdirilir
Türkiyənin aktyoru Kadir İnanır

Bakı. 12 fevral. REPORT.AZ/ Türkiyənin tanınmış aktyoru Kadir İnanır xəstəxanaya yerləşdirilib. 

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, həkimlər aktyorun beyin damarlarında tromp yarandığını bildiriblər. 

Təcili cərrahiyyə əməliyyatı olunan K.İnanırın müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.

Həkimlər bildiriblər ki, aktyorun həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, 1949-cu il təvəllüdlü K.İnanır ilk dəfə "Qara gözlüm" filmi ilə məşhurluq qazanıb. O, "Selvi Boylum Al Yazmalım", "Tatar Ramazan", "Bir Yudum Sevgi", "Ölüm Yolu, Fırtına", "Elveda Katya", "Emanet", "Kavgamız", "Katırcılar", "Bitirimler Sosyetede" və başqa ekran əsərlərində rol ifa edib. K.İnanır eyni zamanda bir çox seriallarda baş rolda oynayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi