Yuxarı

​Türkiyənin Rəsm və Heykəl Muzeyindən 302 ədəd eksponat oğurlanıb

Oğurluq hadisələri muzey direktorunun bilavasitə iştirakı ilə baş verib

Bakı. 15 noyabr. REPORT.AZ/ Türkiyənin Dövlət Rəsm və Heykəl Muzeyi 302 ədəd eksponatın itdiyini aşkar edib.

"Report" "Hurriyet Daily News" nəşrinə istinadən xəbər verir ki, ölkənin Mədəniyyət Nazirliyi müəssisə əməkdaşları tərəfindən törədildiyi güman edilən oğurluq barədə anonim məlumat əldə edib.

Məlum olub ki, oğurluq hadisələri 2005-2009-cü illərdə muzey direktorunun müavini və mühafizə xidməti rəisinin bilavasitə iştirakı ilə baş verib. Oğurlanan eksponatlar art-diler vasitəsilə satılıb, orjinal əsərlər isə saxtaları ilə əvəz olunub. Məsələn, 210 min dollara satılan əl işlərindən biri, daha sonra iş adamına 350 dollara ikinci dəfə satılıb.

Polisin məlumatına görə, bir neçə əsəri hərrac şirkətlərinin gizli anbarlarından tapmaq mümkün olub, lakin əl işlərinin əksəriyyəti hələ də axtarılır. Oğrular ən azından 46 orjinal əsəri saxtası ilə əvəz ediblər. 18 nəfər şübhəli şəxs qismində nəzərdən keçirilir.

Dövlət Rəsm və Heykəl Muzeyi 1927-ci ildə Ankarada təsis edilib. Orada əsasən, XIX–XXI əsr türk incəsənətinin geniş kolleksiyası qorunub saxlanılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi