Yuxarı
    Bağlamaq

    "Terminator" və "Titanik" filmlərində rol alan aktyor vəfat edib

    Bill Pekstonun ölümünə əməliyyatdan sonra vəziyyətinin ağırlaşması səbəb olub

    Bakı. 27 fevral. REPORT.AZ/ Tanınmış amerikalı aktyor, kinorejissor, ssenarist və prodüser, dördqat "Qızıl qlobus" mükafatı nominantı Bill Pekston fevralın 26-da 61 yaşında vəfat edib.

    "Report" xəbər verir ki, Amerika mətbuatının məlumatına görə, onun ölümünə əməliyyatdan sonra vəziyyətinin ağırlaşması səbəb olub.

    Pekstonun son işi "Məşq günü" serialının çəkilişlərində iştirak etmək olub.

    Geniş tamaşaçı kütləsi onu "Terminator", "Yırtıcı 2", "Özgələr", "Gerçək yalan", "Titanik" kimi məşhur filmlərdə ikinci planda oynadığı yaddaqalan rolları ilə xatırlayırlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi