Teatr Xadimləri İttifaqında Milli Teatr Günü qeyd olunacaq

Teatr Xadimləri İttifaqında Milli Teatr Günü qeyd olunacaq Konfrans martın 10-u olacaq
İncəsənət
4 Mart , 2016 13:42
Teatr Xadimləri İttifaqında Milli Teatr Günü qeyd olunacaq

Bakı. 4 mart. REPORT.AZ/ Milli Teatr günü münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqında (TXİ) "Azərbaycan teatrı teatrşünaslıq və teatr tədqiqatı müstəvisində (1920 - 2016)" mövzusunda elmi-praktiki konfrans keçiriləcək.

TXİ-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konfrans 10 mart - Milli Teatr günündə olacaq. 

Tədbir Mədəniyyət və Turizm Nazirliyi və TXİ-nin təşkilati dəstəyi ilə keçirilir.

Konfrans bitdikdən sonra ittifaqda Milli Teatr günü qeyd ediləcək.

Son xəbərlər

Orphus sistemi