Teatr Xadimləri İttifaqında "Kameliyalı qadın" tamaşası hazırlanır

Teatr Xadimləri İttifaqında "Kameliyalı qadın" tamaşası hazırlanır Səhnə əsərinin premyerası fevralın sonunda olacaq
İncəsənət
21 Yanvar , 2016 13:15
Teatr Xadimləri İttifaqında Kameliyalı qadın tamaşası hazırlanır

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində fransız yazıçısı Aleksandr Dümanın (oğul) "Kameliyalı qadın" əsəri əsasında hazırlanan tamaşanın premyerası keçiriləcək.

Bu barədə "Report"a tamaşanın rejissoru, əməkdar artist Nofəl Vəliyev məlumat verib.

Rejissorun sözlərinə görə, hazırda səhnə əsərinin məşqləri davam edir. Tamaşanın premyerası fevralın sonunda olacaq.

Qeyd edək ki, "Kameliyalı qadın" romanı ilk dəfə 1848-ci ildə çapdan çıxıb. Məşhur italyan bəstəkarı Cüzeppe Verdi 1853-cü ildə "Traviata" operasını yazanda "Kameliyalı qadın" romanına istinad edib. Sadəcə, operada qəhrəmanların bəzilərinin adları dəyişdirilib. Əsər gerçək həyatda baş verən hadisələr əsasında yazılıb. Əsərin baş qəhrəmanı olan qadın, yazıçı Aleksandr Dümanın gerçək həyatda olan sevgilisinin prototipidir.

Xatırladaq ki, N.Vəliyev Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində bir neçə tamaşa hazırlayıb. Onun quruluş verdiyi Elçin Hüseynbəylinin "Qaçaq qocalar" tamaşası Türkiyədə keçirilən nüfuzlu festivallarda nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi