Yuxarı

Tbilisidə "Rus Teatrlarının Ümumdünya Konqresi" keçiriləcək

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev və teatrın baş rejissoru Aleksandr Şarovski tədbirdə iştirak edəcək

Bakı. 22 oktyabr. REPORT.AZ/ Tbilisidə A.Qriboyedov adına Akademik Rus Dram Teatrının 170 illik yubileyi qeyd olunacaq. 

"Report" xəbər verir ki, oktyabrın 26-dan 30-dək davam edəcək təntənəli yubiley tədbirləri çərçivəsində "Rus Teatrlarının Ümumdünya Konqresi" də keçiriləcək.

Konqresdə yaxın və uzaq xaricdə fəaliyyət göstərən Rus Dram teatrlarının rəhbərləri iştirak edəcək.

Tədbirdə Azərbaycanı Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev və teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovski təmsil edəcək.

Konqresdə Qriboyedov Teatrının 170 illiyi qeyd ediləcək, sənət mübadilələrinin aparılacağı dəyirmi stol təşkil ediləcək, müasir rus teatrının bu günü, gələcəyi ilə bağlı yaradıcılıq gecələri keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Rus Dram Teatrı 5 ildir ki, Tbilisi Akademik Rus Dram Teatrı ilə dostluq və yaradıcılıq əlaqələri qurub.

Yubiley mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrik məktubu oxunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi