Sumqayıt Dövlət Dram Teatrı mövsümi mükafat təsis edib

Sumqayıt Dövlət Dram Teatrı mövsümi mükafat təsis edib Sumqayıt Dövlət Dram Teatrında mövsümi mükafat təsis edilib.
İncəsənət
4 İyul , 2019 13:27
Sumqayıt Dövlət Dram Teatrı mövsümi mükafat təsis edib

Sumqayıt Dövlət Dram Teatrında mövsümi mükafat təsis edilib.

Teatrdan "Report"a verilən məlumata görə, yaradıcı və texniki heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun artırılması, bədii dəyəri ilə fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, həmçinin mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların və texniki işçilərin mükafatlandırılması məqsədilə “Busmedia” reklam şirkəti ilə birgə “Rampa” milli teatr mükafatı təsis edilib. 

Teatrın direktoru Mübariz Həmidov müxtəlif nominasiyalar üzrə tərtib olunan “Rampa” milli teatr mükafatının kollektivin yaradıcılıq potensialının artmasına, bütün heyət daxilində sağlam və işgüzar ab-havanın yaranmasına təkan verəcəyini düşünür. 

Nominasiyalar münsiflər heyətinin gizli səsverməsi əsasında müəyyən ediləcək. 

“Ən yaxşı tamaşa”, “Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, “Mövsümün ən məhsuldar aktyoru”, “Mövsümün ən məhsuldar aktrisası”, “Mövsümün ən yaxşı texniki işçisi”, “Mövsümün ən perspektivli aktyoru”, “Teatrın dostu”, “Mövsümün ən işgüzar və intizamlı əməkdaşı” nominasiyaları üzrə mükafatlandırma iyul ayının ortalarında keçiriləcək. Mükafat ötən mövsümdə fərqlənən teatr əməkdaşlarına verilməklə hər mövsümün sonunda təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi