Yuxarı

SSRİ xalq artisti 80 illik yubileyini qeyd edir

Görkəmli bəstəkar gələcək planlarının 20 il əvvəlkindən daha çox olduğunu deyib

Bakı. 12 yanvar. REPORT.AZ/ Məşhur latış bəstəkarı, dirijor, pianoçu, ictimai xadim, SSRİ xalq artisti Raymond Pauls 80 illik yubileyini qeyd edir.

"Report" xəbər verir ki, 1936-cı ildə doğulan bəstəkar yubileyi ərəfəsində silsilə konsertlər keçirəcək.

Doğum günlərini təmtəraqlı qeyd etməyi sevməyən bəstəkar bu gün planlarının 20 il əvvəlkindən çox olduğunu bildirib.

Qeyd edək ki, Raymond Paulsun 80 illik yubileyi fevralda, Moskvada, Rusiya Milli Teatrının səhnəsində keçiriləcək.

Xatırladaq ki, Raymond Pauls keçmiş Sovet məkanında tanınan ən məşhur bəstəkarlardan biridir. Onun mahnılarını Alla Puqaçova, Layma Vaykile, Valeri Lyontev kimi tanınmış müğənnilər ifa edib. 1986-cı ildə Raymond Paulsun təşəbbüsü ilə gənc ifaçıların Beynəlxalq "Yurmala" musiqi festivalı yaradılıb. Festival 1992-ci ilədək davam edib.

Raymond Pauls 1980-1990-cı illərin ən məşhur xit mahnılarının müəllifidir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi