Yuxarı

Soçidə XXVII "Kinotavr" Rusiya Kino Festivalı keçirilir

Tədbir iyunun 13-dək davam edəcək

Bakı. 7 iyun. REPORT.AZ/ Soçidə XXVII "Kinotavr" Rusiya Kino Festivalı keçirilir.

"Report" xəbər verir ki, festival iyunun 6-da "Peterburq. Təkcə sevgi əsasında" almanaxının nümayişi ilə başlayıb. 

Gündəliyinə 75 film salınmış festivalın münsiflər heyətinə rejissor Nikolay Lebedev sədrlik edir.

Festivalın qaliblərinə "Ən yaxşı debüt", "Ən yaxşı kişi rolu", "Ən yaxşı qadın rolu", "Ən yaxşı rejissor işi", "Ən yaxşı operator işi" nominasiyalarında mükafatlar təqdim ediləcək.

Bundan başqa, "Ən yaxşı ssenariyə" görə Q.Qorin adına mükafat da təyin olunub.

Həmçinin tanınmış kinorejissor Sergey Bodrova "Rusiya və dünya kinosunda ən yaxşı bədii nəticələr" qazandığına görə festivalın xüsusi mükafatı veriləcək. Festivalın xüsusi ikinci mükafatı isə "Filmin musiqi təhlili və həllinə" görə münsiflər heyətinin təqdimatında qalibə təqdim ediləcək.

Qeyd edək ki, festival iyunun 13-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi