Yuxarı
    Bağlamaq

    Simax Şeydanın “Tülkü, tülkü, tümbəki” tamaşası hazırlanacaq

    Tamaşa müəllifin yubileyinə həsr olunur

    Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni uşaq tamaşasının məşqlərinə start verilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, ən maraqlı uşaq şeirlərinin müəllifi Simax Şeydanın “Tülkü, tülkü, tümbəki” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşaya teatrın gənc və istedadlı rejissoru Gülnar Hacıyeva quruluş verəcək.

    "Report" xəbər verir ki, bədii rəhbəri xalq artisti Vaqif Əsədov olan tamaşanın quruluşçu rəssamı Elnur Axundov, bəstəkarı Rüfət Ramazanov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assisenti Tacəddin İmanovdur.

    Səhnə əsərində Zülfiyyə Alhüseynova, İradə Rəşidova, Aygün Fətullayeva, Nuranə Əhmədova, Natiq Fərzəliyev, Eldar İmanov, Elgün Yəhyayev, Eşqin Quliyev, Yusif Dadaşov, Elnur Əliyev, Elşən Şıxəliyev, Bəhram Həsənov, Anar Səfiyev və Aydın Dəmirov iştirak edəcək.

    Yeni tamaşa öz azyaşlı izləyicilərinə birlik, dostluq, qəhrəmanlıq kimi nəcib xüsusiyyətləri aşılayır.

    Qeyd edək ki, tamaşa Almaniyada yaşayan şair-dramaturq Simax Şeydanın 80 illik yubileyinə həsr edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi