“Sima” Teatr Mükafatı təsis edilib

“Sima” Teatr Mükafatı təsis edilib Mükafat iyulun ortalarında təqdim olunacaq
İncəsənət
24 İyun , 2015 13:55
“Sima” Teatr Mükafatı təsis edilib

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzi “Sima” Teatr Mükafatı təsis edib.

Teatrdan "Report"a verilən məlumata görə, mükafat yaradıcı heyət arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin və ayrı-ayrı ifaçıların mükafatlandırılması məqsədilə təsis olunub.

Mükafat “ən yaxşı tamaşa”, “ən yaxşı rejissor işi” (böyük tamaşaları üzrə), “mövsümün seçilən aktyoru” (böyük tamaşaları üzrə), “mövsümün seçilən aktrisası” (böyük tamaşaları üzrə), “mövsümün seçilən aktrisası” (uşaq tamaşaları üzrə), “mövsümün seçilən aktyoru” (uşaq tamaşaları üzrə), “ən yaxşı rəssam işi”, “şərəf və ləyaqət”, “teatrın dostu” nominasiyaları olmaqla 9 adda müəyyənləşdirilib.

Artıq münsiflər heyəti iclas keçirərək gizli səsvermə yolu ilə qalibləri müəyyənləşdirib.

Qeyd edək ki, mükafatlar iyul ayının ortalarında - 87-ci teatr mövsümünün yekununa həsr olunan iclasda təqdim olunacaq.

Mükafatçılara xüsusi priz, diplom və pul mükafatı da veriləcək.  

Son xəbərlər

Orphus sistemi