"Şər qarışanda" filminin təqdimat mərasimi olacaq

"Şər qarışanda" filminin təqdimat mərasimi olacaq Filmin qala-gecəsi martın 3-də Nizami Kino Mərkəzində baş tutacaq
İncəsənət
20 Fevral , 2016 13:38
Şər qarışanda filminin təqdimat mərasimi olacaq

Bakı. 20 fevral. REPORT.AZ/ Martın 3-də Nizami Kino Mərkəzində rejissor Samir Kərimoğlunun "Şər qarışanda" adlı tammetrajlı filminin təqdimat mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, film triller janrında çəkilib.

1 saat 40 dəqiqəlik filmdə baş rolu xalq artisti Ramiz Novruz canlandırıb. Ramiz Novruz ilk dəfə bu filmdə manyak obrazını ifa edib.

Filmdə aktyorlar Gövdət Şükürov, Ülvi Həsənov, Murad İsmayıl, Oksana Rəsulova və başqaları rol alıb.

Ötən il qışda çəkilən ekran əsərinin əsas kadrları Nabran və Şabranda çəkilib.

Xatırladaq ki, Samir Kərimoğlu indiyədək "Sırat Körpüsü", “Bu meydan, bu ekran”, "Qanadlarıma sığal çək", “Niyyət”, "Onun ürəyi", "Mən evə qayıdıram" adlı filmlərini, "Baku, I love you" almanaxında yer alan “Alla prima” epizodlarını ekranlaşdırıb. 

Son xəbərlər

Orphus sistemi