Yuxarı
    Bağlamaq

    Şəki teatrı Rusiya və Türkiyəyə qastrol səfərinə gedəcək

    Festival 2016-cı ilin mart-aprel ayında gerçəkləşəcək

    Bakı. 12 dekabr. REPORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı 2016-cı ilin mart-aprel aylarında Türkiyənin 7-8 şəhərinə qastrol səfərinə gedəcək.

    Bunu "Report"a açıqlamasında teatrın direktoru Hikmət Nəbiyev deyib.

    Direktorun sözlərinə görə, Şəki teatrı gələn ilin yaz aylarında Türkiyəyə qastrol səfərinə gedəcək, iyun-iyul aylarında isə Türkiyədə keçiriləcək Konya-Adana Teatr Festivalına qatılacaq.

    TÜRKSOY-un Şəkini 2015-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı elan etdiyini xatırladan H.Nəbiyev bildirib ki, bu münasibətilə 2016-cı ildə Şəki Dövlət Dram Teatrının Türkiyəyə iki səfəri planlaşdırılır. O, Konya-Adana Festivalındakı iştirakın gələn ilin yay aylarına təsadüf edəcəyini də vurğulayıb.

    H.Nəbiyev qeyd edib ki, bundan başqa Şəki Dövlət Dram Teatrı Yeni ildə Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərinə qastrol səfərinə gedəcək: "Hər 3 qastrol səfərinə hazırlaşırıq. Türkiyə və Rusiyada 3 əsərlə çıxış edəcəyik. Haldun Tanerin "Və dəyirman dönərdi", İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" və Əhməd Orucoğlunun "Oğru" əsərləri əsasında hazırlanan eyniadlı tamaşaları getdiyimiz ölkələrdə teatrsevərlərə təqdim edəcəyik".

    Xatırladaq ki, Şəki teatrında dekabrın 13-14-də Haldun Tanerin "Və dəyirman dönərdi" əsərinin premyerası keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi