Yuxarı

Şəki Dövlət Dram Teatrının aktyoru vəfat edib

Laçın Abbasov uzun müddətdir qaraciyər çatışmazlığından əziyyət çəkirmiş

Bakı. 7 iyul. REPORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru Laçın Abbasov vəfat edib.

Bu barədə "Report"a teatrın baş rejissoru Mirbala Səlimli məlumat verib. 

Onun sözlərinə görə, uzun müddətdir qaraciyər çatışmazlığından əziyyət çəkən aktyor 56 yaşında dünyasını dəyişib. L.Abbasov Şəkidə torpağa tapşırılıb.

S.Rəhman adına Şəki Dövlət Dram Teatrının kollektivi aktyorun ölümü ilə bağlı nekroloq yayıb.

Laçın Abbasov 1959-cu ildə Şəkidə anadan olub.

1980-ci ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrında həvəskar aktyor kimi fəaliyyətə başlayıb. Fasiləsiz işlədiyi 35 il ərzində bir çox yaddaqalan obrazlar yaradıb.
Onlardan R.Əlizadənin “Dadaşbala əməliyyatı” komediyasında Maviməxluq, S.Vinnusun “Şah elə şahdır” tamaşasında – Şahbender, N.Hikmətin “Bayramın birinci günü” dramında – Əbdürrəhman, M.F.Axundovun “Mərdi-Xəsis Hacı Qara” komediyasında - Xəlil, Ə.Haqverdiyevin “Pəri cadu” dramında – Əcinnə, İ.Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” faciəsində - Aktyor obrazlarını qeyd etmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi