Salvador Dalinin qalıqları iyulun 20-də eksqumasiya olunacaq

Salvador Dalinin qalıqları iyulun 20-də eksqumasiya olunacaq Madrid məhkəməsi iyunun sonlarında atalığın müəyyən edilməsi məqsədilə Dalinin qalıqlarının məzardan çıxarılmasına qərar verib
İncəsənət
13 İyul , 2017 16:52
Salvador Dalinin qalıqları iyulun 20-də eksqumasiya olunacaq
Getty

Bakı. 13 iyul. REPORT.AZ/ Salvador Dalinin qalıqlarını iyulun 20-də eksqumasiya edəcəklər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Fiqeras şəhrinin meriyasından bildiriblər.

Madrid məhkəməsi iyunun sonlarında atalığın müəyyən edilməsi məqsədi ilə Dalinin qalıqlarının məzardan çıxarılmasına qərar verib. Bununla məhkəmə Jirona sakini, "görücü" kimi fəaliyuyət göstərən və Dalinin oğlu olduğunu iddia edən Pilar Abel Martinesin iddiasını təmin edib.

Məşhur rəssamın məzarı elə onun özünün Fiqeresdə yaratdığı Salvador Dali teatr-muzeyində yerləşir. Belə ki, binanın döşəmə qatındakı pilitələrin altında sənətkarın cənazəsinin olduğu sərdabə quraşdırılıb. DNT nümunələrini elə muzeydə götürəcəklər.

Qeyd edək ki, S.Dali 1989-cu il yanvarın 23-də ömrünün 85-ci ilində vəfat edib. O, insanların məzarı üstündə gəzə biləcəyi şəkildə dəfn olunmasını vəsiət etdiyindən onu teatr-muzeyin otaqlarından birinin altında sərfabədə dəfn ediblər.

Son xəbərlər

Orphus sistemi