Şahdağ Turizm Mərkəzində konsert proqramı keçiriləcək

Şahdağ Turizm Mərkəzində konsert proqramı keçiriləcək Konsert avqustun 22-də olacaq
İncəsənət
11 Avqust , 2015 12:03
Şahdağ Turizm Mərkəzində konsert proqramı keçiriləcək

Bakı. 11 avqust. REPORT.AZ/ "Şahdağın hədiyyəsi" adlı aksiya altında Şahdağ Turizm Mərkəzində konsert proqramı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, konsert avqustun 22-də olacaq.

Mərkəzin əsas məqsədi turistlərə istənilən 3 növ yay əyləncəsindən yararlanmaq imkanı yaratmaqdır. Həmçinin qonaqları açıq havada konsert proqramı, günün sonunda isə əsrarəngiz atəşfəşanlıq gözləyir.

Qeyd edək ki, biletləri Bülbül küçəsi, 26 ünvanında yerləşən Şahdağ Turizm İnformasiya Mərkəzindən və ya tədbir günü Şahdağ Turizm Mərkəzindən əldə etmək mümkündür.

Mətbuat nümayəndələri üçün tədbir günü Şahdağ Turizm Mərkəzinə səfər təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi