Rusiyanın teatr aktyoru intihar edib

Rusiyanın teatr aktyoru intihar edib Aktyor özünü yaşadığı evin eyvanından yerə atıb
İncəsənət
14 May , 2015 14:54
Rusiyanın teatr aktyoru intihar edib

Bakı. 14 may. REPORT.AZ/ Rusiya Akademik Gənclər Teatrının aparıcı aktyoru 38 yaşlı Stepan Morozov bu gün intihar edib. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyor özünü yaşadığı evin eyvanından yerə atıb.

Aktyorun ölümü ilə bağlı Rusiyanın hüquq-mühafizə orqanları istintaqa başlayıb.

İlkin versiyaya görə, aktyor mayın 14-də səhər saat 5-də yaşadığı evin eyvanından düşüb. Hazırda araşdırma aparılır. 

Stepan Morozov 1977-ci ildə anadan olub.

Rusiya Akademik Gənclər Teatrının aparıcı aktyoru olan Stepan Morozov bu gün yeni tamaşanın premyerasında çıxış etməliymiş. Gənc aktyorun baş rolda çıxış edəcəyi tamaşa, onun ölümünə görə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi