Yuxarı
    Bağlamaq

    Rusiyanın teatr aktyorları Bakıya gəlir

    Əfsanəvi sevgi hekayəsi Opera və Balet Teatrının səhnəsində nümayiş etdiriləcək

    Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Uilyam Qibsonun "İki nəfər yelləncəkdə" (Two for the Seesaw) tamaşası göstəriləcək.

    "Report" xəbər verir ki, bu barədə məlumatı Akademik Opera və Balet Teatrı yayıb. Dekabrın 23-ü və 24-də nümayiş etdiriləcək tamaşada rolları Tatyana Arntqols və Qriqoriya Antipenko ifa edəcək.

    Qeyd edək ki, bu, hər iki aktyorun Bakıya ilk səfəridir.

    Tamaşanın quruluşçu rejissoru Aleksey Kiryuşenko, prodüsseri Albert Moqinovdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi