Rusiyanın teatr aktyorları Bakıya gəlir

Rusiyanın teatr aktyorları Bakıya gəlir Əfsanəvi sevgi hekayəsi Opera və Balet Teatrının səhnəsində nümayiş etdiriləcək
İncəsənət
14 Noyabr , 2014 11:34
Rusiyanın teatr aktyorları Bakıya gəlir

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Uilyam Qibsonun "İki nəfər yelləncəkdə" (Two for the Seesaw) tamaşası göstəriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Akademik Opera və Balet Teatrı yayıb. Dekabrın 23-ü və 24-də nümayiş etdiriləcək tamaşada rolları Tatyana Arntqols və Qriqoriya Antipenko ifa edəcək.

Qeyd edək ki, bu, hər iki aktyorun Bakıya ilk səfəridir.

Tamaşanın quruluşçu rejissoru Aleksey Kiryuşenko, prodüsseri Albert Moqinovdur.

Son xəbərlər

Orphus sistemi