Rusiyanın 101 yaşlı aktyoru doğum gününü səhnədə qeyd edəcək

Rusiyanın 101 yaşlı aktyoru doğum gününü səhnədə qeyd edəcək Vladimir Zeldin 101 yaşında "Müəllimlə rəqs" tamaşasında çıxış edəcək
İncəsənət
1 Fevral , 2016 14:45
Rusiyanın 101 yaşlı aktyoru doğum gününü səhnədə qeyd edəcək

Bakı. 1 fevral. REPORT.AZ/ SSRİ xalq artisti, Rusiyanın ən yaşlı aktyoru Vladimir Zeldin 101 yaşını səhnədə qeyd edəcək.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, fevralın 10-da 101 yaşı tamam olan aktyor yeni tamaşada rol alıb və səhnəyə çıxacaq. 

Həmin gün "Müəllimlə rəqs" tamaşasında çıxış edəcək V.Zeldin keçirdiyi cərrahiyyə əməliyyatından sonra yenidən doğma teatrının səhnəsinə qayıdacaq.

Rusiyada V.Zeldini əfsanə insan adlandırırlar. 71 ildir teatrda çalışan 101 yaşlı sənətkarın adı 100 yaşında səhnədə tamaşa oynayan aktyor kimi, Gennesin Rekordlar kitabına düşüb.  Onun ötən il qeyd edilən 100 illik yubiley tədbiri 5 saat davam etmişdi. 

Xatırladaq ki, V.Zeldin 1915-ci il fevralın 10-da, (bəzi mənbələri görə yanvarın 28-də) musiqiçi ailəsində anadan olub. 71 ildir tearda çalışan SSRİ xalq artisti teatrla yanaşı, çoxsaylı bədii və televiziya filmlərində çəkilib.

Son xəbərlər

Orphus sistemi