Rusiyada yaşayan azərbaycanlı aktyor yeni filmə çəkilib

Rusiyada yaşayan azərbaycanlı aktyor yeni filmə çəkilib Fərhad Hüseynov filmdə baş rollardan birini ifa edib
İncəsənət
14 Oktyabr , 2015 10:13
Rusiyada yaşayan azərbaycanlı aktyor yeni filmə çəkilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Rusiyada yaşayan azərbaycanlı aktyor Fərhad Hüseynov yeni filmə çəkilib. 

F.Hüseynov "Report"a açıqlamasında deyib ki, "Süleymanın qoltuqağacı" ("Костыль Соломона") adlanan filmin çəkilişləri artıq başa çatıb. Aktyorun sözlərinə görə, ilk dəfədir komediya janrında çəkilən filmdə rol ifa edib: "Mən ilk dəfədir ki, tammetrajlı, komediya janrında çəkilən filmdə baş rollardan birini ifa edirəm. İndiyədək filmdə belə rol oynamamışdım. Mənə tapşırılan rolun öhdəsindən nə dərəcədə gələ bilmişəm, bunu film ekranlara çıxanda tamaşaçılar deyəcək. Filmin çəkilişləri artıq bitib. 1-2 aya Rusiya telekanallarında filmin nümayişi olacaq".

Qeyd edək ki, film V.Qutnovun "Süleymanın qoltuqağacı" ("Костыль") əsərinin motivləri əsasında çəkilib. Filmin rejissoru Yuri Muzıkadır. Həmyerlimiz Fərhad Hüseynov bu filmdə Müftiyar Əlizadə adlı milis baş leytenantı rolunu ifa edib.

Komediya janrında çəkilən filmdə həmyerlimizlə yanaşı, Rusiyanın tanınmış kino və teatr aktyorları Vladimir Yumatov,Vladimir Dolinski, Leven Mexiladze, Nodar Djanelidze, Marqarita Shubina, Mixail Boqdasarov ve başqaları rol alıblar.

Xatırladaq ki, hazırda Moskvada yaşayan F.Hüseynov "Mosfilm" kinostudiyasında çalışır.

Son xəbərlər

Orphus sistemi