Yuxarı

Rusiyada 29-cu "Nika" milli kino mükafatının təqdimat mərasimi olacaq

Nikanın Şərəf və ləyaqət xüsusi mükafatı bu il Eldar Ryazanovun şərəfinə SSRİ xalq artisti Alisa Freyndlixə təqdim ediləcək

Bakı. 1 aprel. REPORT.AZ/ Aprelin 1-də Moskvada 29-cu "Nika" milli kino mükafatının təqdimat mərasimi keçiriləcək.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya milli kino mükafatı olan "Nika"nın bu il təqdim edilən "Şərəf və ləyaqət" xüsusi mükafatı rejissor Eldar Ryazanovun adını daşıyır və mükafat SSRİ xalq artisti Alisa Freyndlixə təqdim ediləcək.

"Nika" kino mükafatında 6 rus filmi müxtəlif nominasiyalarda yarışacaq.

"Nika"nın prezidenti, rejissor Andrey Konçalovski keçirdiyi mətbuat konfransında bildirib ki, "Nika"nın "Milli kinematoqrafiyaya verdiyi töhfələrə görə" adlı xüsusi mükafatı bu il rejissor Vitali Melnikova təqdim ediləcək.

Qeyd edək ki, Rusiya Kino Akademiyasının təqdim etdiyi "Nika" milli kino mükafatının əsası rejissor Yuli Qusman tərəfindən 1987-ci ildə qoyulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi