Yuxarı

Rusiya və keçmiş SSRİ-nin tanınmış aktrisası vəfat edib

O, 80-dən artıq filmdə müxtəlif səpkili rollar oynayıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Rusiya və keçmiş SSRİ-nin tanınmış aktrisası Lyudmila İvanova 83 yaşında vəfat edib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, o, oktyabrın 7-də Moskva şəhər xəstəxanasında dünyasını dəyişib.

"1933-cü ildə anadan olan İvanova Lyudmila İvanovna sentyabrın 29-da xəstəxana yerləşdirlib. O, reanimasiya şöbəsiində vəfat edib" - hospitaldan bildirilib.

Qeyd edək ki, Rusiyanın xalq artisti kinosevərlərin yadında daha çox "İşdə məhəbbət macərası" filmindəki Şura rolu ilə  qalıb. O, 80-dən çox filmdə müxtəlif səpkili rollar oynayıb. "Ən cazibədar və cəlbedici", " Petrov və Vasechkinin macəraları", "Yuxuda və kerçəklikdə uçuş" və s. filmlərini buna nümunə göstərmək olar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi