Rəssamlıq Akademiyası iki dekan və iki kafedra müdiri axtarır

Rəssamlıq Akademiyası iki dekan və iki kafedra müdiri axtarır Azərbaycan Dövlət Rəssamlıq Akademiyası boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.
İncəsənət
23 Aprel , 2019 10:25
Rəssamlıq Akademiyası iki dekan və iki kafedra müdiri axtarır
0 : 00
0 : 00

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.

“Report” xəbər verir ki, Akademiyanın Sənətşünaslıq və Dekorativ tətbiqi sənəti fakültələrinin dekanları vəzifəsi boşdur.

Bundan əlavə, ali təhsil müəssisəsinin Bədii toxuculuq və xalça sənəti və Bədii keramika, şüşə və metal kafedralarının müdiri vəzifələrini tutmaq üçün də müsabiqə elan olunub. 

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini bir ay müddətində rektorun adına yazılmış ərizə ilə birlikdə Bakı şəhəri, H.Əliyev prospekti 58 ünvanına təqdim edə bilərlər.

Son xəbərlər

Orphus sistemi