Yuxarı

Ramiz Fətəliyev “Şöhrət” ordeni ilə təltif edilib, ona “Xalq artisti” fəxri adı verilib

Prezident iki sərəncam imzalayıb

Bakı. 6 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Ramiz Fətəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Ramiz Məmmədəli oğlu Fətəliyev “Şöhrət” ordeni ilə təltif edilib.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramiz Məmmədəli oğlu Fətəliyevə “Xalq artisti” fəxri adı verilib.

Qeyd edək ki, sabah R.Fətəliyevin 70 yaşı tamam olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi