Rafiq Babayevin 80 illik yubileyi ilə əlaqədar konsert keçirilib

Rafiq Babayevin 80 illik yubileyi ilə əlaqədar konsert keçirilib Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə baş tutub
İncəsənət
16 May , 2016 19:18
Rafiq Babayevin 80 illik yubileyi ilə əlaqədar konsert keçirilib

Bakı. 16 may. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Rafiq Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbi xalq artisti, görkəmli cazmen Rafiq Babayevin 80 illik yubileyinə həsr olunmuş konserti təqdim edib.

"Report" xəbər verir ki, konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan musiqi zalında keçirilib.

Məktəbin müəllim və şagirdləri konsertdə O.Kazimi, R.Babayev, Q.Qarayev, V.Allahverdiyev, P.Axundova, F.Ris, G.Miller, A.Məlikov kimi bir çox dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət zəngin proqramla çıxış ediblər.

Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, xalq artisti, bəstəkar Arif Məlikov, Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi, gənclər və idman nazirinin müavini İntiqam Babayev, musiqişünas Zemfira Qafarova, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və başqaları konsertdə iştirak ediblər.

Tədbirin sonunda Rafiq Babayevin ailəsi adından həyat yoldaşı Fəridə Babayeva tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi