Yuxarı

"Qurdlar və quzular" tamaşası yenidən nümayiş etdiriləcək

Səhnə əsərində baş rolu xalq artisti Hacı Murad Yagizarov canlandıracaq

Bakı. 26 noyabr. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrında A.N.Ostrovskinin "Qurdlar və quzular" tamaşası yenidən nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, noyabrın 27-də Rus Dram Teatrının səhnəsində oynanılacaq tamaşada baş rolu xalq artisti Hacı Murad Yagizarov canlandıracaq. 

Tamaşanın quruluşçu rejissoru Timur Nəsirov, quruluşçu rəssamı Nikita Sazonovdur.

Qeyd edək ki, tamaşanın rejissoru Rusiyadan dəvət edilib.

Tamaşada əsas rolları xalq artisti Hacı Murad Yagizarov, Aleksandra Nikuşina, Yuri Baliyev, əməkdar artist Əsgər Rəhimov, aktyorlar Oleq Əmirbəyov, Yuri Omelçenko, Yeganə Hüseynli, Maya Vorobjankaya, Bella Safina, İosif Tkaç, Zaur Terequlov, Olesya Qasımova, Zaur İsgəndərov və başqaları çıxış edəcək.

Komediyada hadisələr 1870-ci ilərdə Rusiyanın kiçik əyalət şəhərində cərəyan edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi