"Qurdlar və quzular" tamaşası yenidən nümayiş etdiriləcək

"Qurdlar və quzular" tamaşası yenidən nümayiş etdiriləcək Səhnə əsərində baş rolu xalq artisti Hacı Murad Yagizarov canlandıracaq
İncəsənət
26 Noyabr , 2015 16:08
Qurdlar və quzular tamaşası yenidən nümayiş etdiriləcək

Bakı. 26 noyabr. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrında A.N.Ostrovskinin "Qurdlar və quzular" tamaşası yenidən nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, noyabrın 27-də Rus Dram Teatrının səhnəsində oynanılacaq tamaşada baş rolu xalq artisti Hacı Murad Yagizarov canlandıracaq. 

Tamaşanın quruluşçu rejissoru Timur Nəsirov, quruluşçu rəssamı Nikita Sazonovdur.

Qeyd edək ki, tamaşanın rejissoru Rusiyadan dəvət edilib.

Tamaşada əsas rolları xalq artisti Hacı Murad Yagizarov, Aleksandra Nikuşina, Yuri Baliyev, əməkdar artist Əsgər Rəhimov, aktyorlar Oleq Əmirbəyov, Yuri Omelçenko, Yeganə Hüseynli, Maya Vorobjankaya, Bella Safina, İosif Tkaç, Zaur Terequlov, Olesya Qasımova, Zaur İsgəndərov və başqaları çıxış edəcək.

Komediyada hadisələr 1870-ci ilərdə Rusiyanın kiçik əyalət şəhərində cərəyan edir. 

Son xəbərlər

Orphus sistemi