Yuxarı
    Bağlamaq

    Qazaxıstanlı opera ifaçısı Bakıda çıxış edəcək

    Operanın dirijoru isə xalq artisti, professor Yalçın Adıgözəlovdur

    Bakı. 20 aprel. REPORT.AZ/ Opera və Balet Teatrında aprelin 29-da C.Puççininin “Madam Batterflyay” operasının tamaşası keçiriləcək.

    Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşada əsas partiya olan Çio-Çio-San rolunu ifa etmək üçün "Astana Opera" Dövlət Opera və Balet Teatrının aparıcı solisti  Aygül Niyazova dəvət olunub.

    Məlumata görə, A.Niyazova Qazaxıstanın ən populyar vokalçılarından biri olmaqla yanaşı dünyanın bir çox ölkələrində ən mötəbər tamaşa və konsert salonlarında - Carnegie Hall (Nyu-York), Sony Centre for the performing arts (Toronto), Opera Bastilia (Paris), Stadsschouwburg (Brussel), De Doelin (Amsterdam) və s. uğurla çıxış edir. 

    Qazaxıstanlı ulduz ilk dəfədir Bakıya qastrola gəlir.

    Tamaşada Şarples rolunda Ukraynanın əməkdar artisti Dmitri Qrişin, Pinkerton rolunda əməkdar artist Fərid Əliyev, Süzuki rolunda əməkdar artist Səbinə Vahabzadə və b. çıxış edəcəklər.

    Operanın dirijoru isə xalq artisti, professor Yalçın Adıgözəlovdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi