“Qara Qarayev. Yol” sənədli filminin təqdimatı olub - YENİLƏNİB

“Qara Qarayev. Yol” sənədli filminin təqdimatı olub - YENİLƏNİB Foto əlavə olunub
İncəsənət
19 Dekabr , 2018 22:08
“Qara Qarayev. Yol” sənədli filminin təqdimatı olub - YENİLƏNİB

Foto əlavə olunub


***20:21

Bakı. 19 dekabr. REPORT.AZ/ Nizami Kino Mərkəzində dahi Azərbaycan bəstəkarı Qara Qarayevə həsr olunmuş “Qara Qarayev. Yol” sənədli filminin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə Rusiyanın “Телекомпания ДИВИ" şirkəti tərəfindən lentə alınıb.

Təqdimatda mədəniyyət naziri Əbülfəs Qarayev və bir sıra incəsənət xadimləri iştirak ediblər.

Filmin ssenari müəllifi Nina Smirnova, operatoru Dmitri Novoselov, icraçı prodüseri Dmitri Dulov, maliyyə direktoru isə Vera İlyinadır.

Film ilk dəfə Rusiyanın “Mədəniyyət” kanalında nümayiş etdirilib.

Təqdimatdan öncə yaradıcı heyət filmin ərsəyə gəlməsi prosesi haqqında məlumat verib. Daha sonra film izlənilib.

Sənədli film bəstəkarın həyat və yaradıcılığına həsr olunub. 

Foto: Elçin Murad

Son xəbərlər

Orphus sistemi