Pikassonun rəsm əsəri Kanada hərracında 6,9 milyon dollara satılıb - FOTO

Pikassonun rəsm əsəri Kanada hərracında 6,9 milyon dollara satılıb - FOTO İspaniyalı rəssam Pablo Pikassonun (1881-1973) 1941-ci ildə çəkdiyi Şlyapalı qadın əsəri Kanadanın Toronto şəhərində yerləşən Heffel Fine Art Auction Houseda 9,1 milyon Kanada dollarına (6,9 milyon ABŞ dolları) satılıb.
İncəsənət
22 Noyabr , 2019 11:11
Pikassonun rəsm əsəri Kanada hərracında 6,9 milyon dollara satılıb - FOTO

İspaniyalı rəssam Pablo Pikassonun (1881-1973) 1941-ci ildə çəkdiyi "Şlyapalı qadın" əsəri Kanadanın Toronto şəhərində yerləşən "Heffel Fine Art Auction House"da 9,1 milyon Kanada dollarına (6,9 milyon ABŞ dolları) satılıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Kətan üzərində yağlı boya ilə işlənmiş rəsm əsərində Pikassonun ilham pərisi və sevgilisi - Dora Maar təsvir edilib.

Qeyd edək ki, Pikassonun rəsm əsərləri dünyada ən bahalılar sırasındadır.

Son xəbərlər

Orphus sistemi