Yuxarı

Parisdə azərbaycanlı pianoçunun konserti keçirilib - FOTO

Konsert proqramına Azərbaycan və dünya klassiklərinin musiqiləri daxil edilib
© Report

Paris. 13 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın konserti keçirilib.

“Report”un Fransa bürosunun məlumatına görə, “Zamanlar” adlı konsert proqramına Azərbaycan və dünya klassiklərinin musiqi əsərləri daxil edilib.

S.Zülfüqarova Parisin Lüksemburq məbədində keçirilən konsertdə Qara Qarayevin “Preludia”sını, Ravelin “Sonatin”ini, Debussinin “Suite pour le piano”sunu və digər dünya şöhrətli bəstəkarların musiqilərini ifa edib.

Musiqi təhsilinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında başlayan, daha sonra isə Fransanın məşhur Sarbonna Universitetində musiqişünaslıq ixtisasına yiyələnən pianoçu Səidə Zülfüqarova Azərbaycan musiqisini fransalılara yaxından tanıtdıran və öz peşəkar ifası ilə onlara sevdirən musiqiçilərimizdəndir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi