Parisdə azərbaycanlı pianoçunun konserti keçirilib - FOTO

Parisdə azərbaycanlı pianoçunun konserti keçirilib - FOTO Konsert proqramına Azərbaycan və dünya klassiklərinin musiqiləri daxil edilib
İncəsənət
13 Yanvar , 2018 20:01
Parisdə azərbaycanlı pianoçunun konserti keçirilib - FOTO
Report

Paris. 13 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın konserti keçirilib.

“Report”un Fransa bürosunun məlumatına görə, “Zamanlar” adlı konsert proqramına Azərbaycan və dünya klassiklərinin musiqi əsərləri daxil edilib.

S.Zülfüqarova Parisin Lüksemburq məbədində keçirilən konsertdə Qara Qarayevin “Preludia”sını, Ravelin “Sonatin”ini, Debussinin “Suite pour le piano”sunu və digər dünya şöhrətli bəstəkarların musiqilərini ifa edib.

Musiqi təhsilinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında başlayan, daha sonra isə Fransanın məşhur Sarbonna Universitetində musiqişünaslıq ixtisasına yiyələnən pianoçu Səidə Zülfüqarova Azərbaycan musiqisini fransalılara yaxından tanıtdıran və öz peşəkar ifası ilə onlara sevdirən musiqiçilərimizdəndir.

Son xəbərlər

Orphus sistemi