Yuxarı

Opera və Balet Teatrında "Sevil" operası nümayiş etdiriləcək

Balaş rolunda xalq artisti Azər Zeynalov çıxış edəcək

Bakı. 8 oktyabr. REPORT.AZ/ Akademik Opera və Balet Teatrının səhnəsində, görkəmli bəstəkar Fikrət Əmirovun "Sevil" operası yenidən nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, oktyabrın 11-də göstəriləcək operada əsas rolları xalq artisti Azər Zeynalov (Balaş), əməkdar artist Zemfira İsmayılova (Sevil) və Gülnaz İsmayılova ( Dilbər) ifa edəcək.

Opera Əyyub Quliyevin dirijorluğu ilə təqdim ediləcək. Tamaşanın rejissoru, əməkdar incəsənət xadimi, Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevdir.

Xatırladaq ki, "Sevil" operasını bəstəkar Fikrət Əmirov, Cəfər Cabbarlının eyniadlı dramı əsasında 1953-cü ildə yazıb. Operanın libretto müəllifi Tələt Əyyubovdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi