Opera və Balet Teatrı maestro Niyazinin "Rast" baletini nümayiş etdirəcək

Opera və Balet Teatrı maestro Niyazinin "Rast" baletini nümayiş etdirəcək Baletə xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva quruluş verib
İncəsənət
7 Oktyabr , 2015 10:37
Opera və Balet Teatrı maestro Niyazinin Rast  baletini nümayiş etdirəcək

Bakı. 7 oktyabr. REPORT.AZ/ Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin "Rast" simfonik muğamı əsasında səhnələşdirilmiş eyniadlı balet nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, ikipərdəli balet tamaşanın süjeti Azərbaycanın tarixinə aid faktlar əsasında qurulub.
Baletə xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva quruluş verib.
Libretto müəllifi Əjdər Hacıyev, quruluşçu rəssamı xalq rəssamı Rafis İsmayılovdur.
Tamaşada Tomris rolunda Tamilla Məmmədzadə, Atr rolunda Timur Oduşev, Banu obrazında isə Səlminaz Mirzəyeva çıxış edəcək.

Baletin dirijoru xalq artisti, professor Yalçın Adıgözəlovdur.

Qeyd edək ki, Niyazi "Rast" simfonik muğamını 1949-cu ildə bəstələyib.

Son xəbərlər

Orphus sistemi