Oğulluğu İlhamə Quliyeva üçün il mərasimi keçirib

Oğulluğu İlhamə Quliyeva üçün il mərasimi keçirib Mərasim "Heydər" məscidində baş tutub
İncəsənət
24 Fevral , 2017 14:40
Oğulluğu İlhamə Quliyeva üçün il mərasimi keçirib

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanın xalq artisti İlhamə Quliyevanın il mərasimi keçirilib.

"Report" xəbər verir ki, "Heydər" məscidində baş tutan mərasimi mərhumun oğulluğu Orxan Nadirov təşkil edib.

Onun sözlərinə görə, mərasimin bü gün keçirilməsinə səbəb 2016-cı il fevralının 29 gündən ibarət olmasıdır: "Biz mərasimi din adamlarının tövsiyəsinə uyğun olaraq bü gün təşkil etdik. Mən bunu şou yaratmaq üçün etmirəm. Şou yaratmaq istəsəm, bunu əvvəldən edərdim. Axı mən sonradan ortaya çıxıb heç nə tələb etməmişəm, əvvəldən hamı məni İlhamə xanımın oğlu kimi tanıyır. Sadəcə övladlıq borcumu yerinə yetirmək istəyirəm. Qapılarımız hər kəsə açıqdır, kim istəsə gələ bilər. Sabahkı mərasimdə isə iştirak etməyəcəyəm. Çünki mərasim bir dəfə olar, istəyən gələr, duasını edər" .

Qeyd edək ki, İ.Quliyeva ötən il fevralın 25-də tromboemboliyadan dünyasını dəyişib, II Fəxri xiyabanda dəfn edilib. Ailə üzvləri onun il mərasimini fevralın 25-də Təzə Pir məscidində qeyd edəcəklər.

Son xəbərlər

Orphus sistemi