Yuxarı

Nurəngiz Günün xatirə gecəsi keçiriləcək

Dekabrın 20-də mərhum şairənin vəfatından bir il ötür

Bakı. 3 dekabr. REPORT.AZ/ Dekabrın 20-də şairə Nurəngiz Günün vəfatından bir il ötür. Bu münasibətlə mərhum şairənin xatirə günü keçiriləcək.

"Report" xəbər verir ki, xatirə gecəsi dekabrın 19-da R.Behbudov adına Mahnı Teatrında keçiriləcək. 

Xatirə gecəsində Nurəngiz Günün ailə üzvləri, sənət dostları iştirak edəcək.

Xatırladaq ki, Nurəngiz Gün 2014-cü il dekabrın 20-də Bakıda vəfat edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi