Bakı. 3 dekabr. REPORT.AZ/ Dekabrın 20-də şairə Nurəngiz Günün vəfatından bir il ötür. Bu münasibətlə mərhum şairənin xatirə günü keçiriləcək.
"Report" xəbər verir ki, xatirə gecəsi dekabrın 19-da R.Behbudov adına Mahnı Teatrında keçiriləcək.
Xatirə gecəsində Nurəngiz Günün ailə üzvləri, sənət dostları iştirak edəcək.
Xatırladaq ki, Nurəngiz Gün 2014-cü il dekabrın 20-də Bakıda vəfat edib.