Yuxarı
    Bağlamaq

    Nəriman Əzimovun xatirə gecəsi keçiriləcək

    Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək

    Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, dirijor Nəriman Əzimovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək.

    Filarmoniyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 5-də keçirilməsi nəzərdə tutulan konsert “Mədəniyyət” kanalının və Azərbaycan radiosunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.

    Konsert boyu ifaçıları Azərbaycan Televiziyası və Radiosunun əməkdar kollektivi Səid Rüstəmov adına Xalq Çalğı alətləri orkestri müşayiət edəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovdur. 

    Proqramda solistlər xalq artistləri Ramiz Quliyev, Heydər Anatollu, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Şirzad Fətəliyev, eləcə də əməkdar artistlər Almaz Orucova, Zakir Əliyev, Azərbaycan Televiziyası və Radiosunun solistləri Mirələm Mirələmov, Məmməd Nəcəfov, Emiliya Yaqubova, Nigar Şabanova, Rövşən əziz, Nisbət Sədrayeva, Kamilə Nəbiyeva, Ayşən Mehdiyeva, Şaiq Əsədov çıxışı nəzərdə tutulur.

    Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi