Naxçıvanda xalq yaradıcılığı sərgisi açılıb

Naxçıvanda xalq yaradıcılığı sərgisi açılıb ​Vasif Talıbov: "El sənətkarlarının fəaliyyətinə dəstək verilməlidir"
İncəsənət
5 Noyabr , 2015 17:06
Naxçıvanda xalq yaradıcılığı sərgisi açılıb

Bakı. 5 noyabr. REPORT.AZ/ "Milli köklərə, milli dəyərlərə qayıdış hər kəsi düşündürməlidir".

"Report" xəbər verir ki, bunu “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində xalq yaradıcılığı sərgisinin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov deyib.

O bildirib ki, el sənətkarlarının fəaliyyətinə dəstək verilməlidir: "Biz bu gün milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub-yaşatmaqla, xalq yaradıcılığı sahələrinə yeni həyat verməklə, əslində, milli kimliyimizi qoruyuruq. Ona görə də hər bir rayonun, kəndin milli dəyərlər sistemi ardıcıl öyrənilməli, qədim sənətkarlıq sahələri üzə çıxarılmalı, unudulmaqda olan dəyərlər bərpa olunmalı, el sənətkarlarının fəaliyyətinə dəstək verilməlidir",

Ali Məclisin sədri qeyd edib ki, milli dəyərlərə bağlılıq tarixi-mədəni irsin qorunmasından başlayır: "Bu gün tarixi abidələri tədqiq və bərpa etməklə, milli dəyərləri yaşatmaqla bir tərəfdən keçmişimizə və gələcəyimizə ehtiramımızı bildiririk, digər tərəfdən isə xalqımızın əsrlər boyu formalaşmış sənətkarlıq mədəniyyətini, həyat tərzini, məişətini, bir sözlə, milli dəyərlər sistemini yaşadırıq",

Son xəbərlər

Orphus sistemi