Naxçıvan xalçaları ilk dəfə beynəlxalq elmi mətbuatda yer alıb

Naxçıvan xalçaları ilk dəfə beynəlxalq elmi mətbuatda yer alıb Məqalədə xalçaçılığın erkən orta əsrlər dövründə Naxçıvanda müstəqil sənət sahəsinə çevrilməsi qeyd olunub
İncəsənət
23 Fevral , 2017 20:40
Naxçıvan xalçaları ilk dəfə beynəlxalq elmi mətbuatda yer alıb

Bakı. 23 fevral. REPORT.AZ/ "Beynəlxalq İnformasiya Tədqiqatları və Təhlil" jurnalı professor Vidadi Muradovun “18-19-cu əsrin əvvəllərində Naxçıvanda xalçaçılığın vəziyyəti” mövzusunda nəzəri və təcrübi materiallar əsasında hazırlanmış məqaləsini nəşr edib.

"AZƏR-İLMƏ" Xalçaçılıq Mərkəzindən "Report"a verilən məlumata görə, məqalədə Naxçıvanda qədim dövrlərdə meydana gəlmiş xalçaçılığın erkən orta əsrlər dövründən başlayaraq müstəqil sənət sahəsinə çevrilməsi qeyd olunub.

İşçi qüvvəsinin və xammal ehtiyyatlarının bolluğu orta əsrlər dövründə Naxçıvanın xalçaçılıq sənətinin mühüm mərkəzlərindən birinə çevrilməsinə səbəb olub. Naxçıvan şəddə və vərni kimi xalça məmulatlarının istehsal edildiyi ilk ərazilərdən hesab edilir. 18-19-cu əsrin əvvəllərində xarici bazarlarda xalça məmulatlarına tələbatın kəskin şəkildə artması Naxçıvanda bu sənətin inkişafına güclü təkan verib.

Qeyd edək ki, V.Muradovun Naxçıvan xalçaçılıq tarixi mövzusunda tədqiqatları 2013-cü ildə ayrı-ayrılıqda azərbaycan, ingilis, rus dillərində dərc olunan “Naxçıvan xalçaçıları” adlı kitablarında, “Azərbaycan xalçaları. Naxçıvan qrupu” filmində əksini tapıb. 

Son xəbərlər

Orphus sistemi