“Nar bağı” filmi ABŞ-da nümayiş olunacaq

“Nar bağı” filmi ABŞ-da nümayiş olunacaq Bakı. 30 aprel. REPORT.AZ/ “Nar bağı” bədii filmi ABŞ-da keçirilən SEE FF (South East European Film Festival) film festivalında nümayiş olunacaq.
İncəsənət
30 Aprel , 2018 11:42
“Nar bağı” filmi ABŞ-da nümayiş olunacaq

Bakı. 30 aprel. REPORT.AZ/ “Nar bağı” bədii filmi ABŞ-da keçirilən SEE FF (South East European Film Festival) film festivalında nümayiş olunacaq.

"Azərbaycanfilm" kinostudiyasından "Report"a verilən məlumata görə, "Buta film" kinoşirkətin və "Azərbaycanfilm" kinostudiyasının birgə istehsalı olan film Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilib.

Ekran əsərinin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.

Son xəbərlər

Orphus sistemi