"Nabat" İrana festivala gedir

"Nabat" İrana festivala gedir Festival Tehranda baş tutacaq
İncəsənət
15 Aprel , 2015 16:18
Nabat İrana festivala gedir

Bakı. 15 aprel. REPORT.AZ/ “Nabat” tammetrajlı bədii filmi aprelin 24-dən mayın 2-dək Tehranda keçiriləcək 33-cü Fajr Beynəlxalq Film Festivalında nümayiş olunacaq. Bu barədə "Report"a Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından məlumat veriblər. Filmin rejissoru Elçin Musaoğludur. 

“Nabat” bu il 300-dən artıq filmin göndərildiyi festivalın “East Panorama” müsabiqə proqramında yer alıb.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.

Son xəbərlər

Orphus sistemi