Bakı. 1 iyul. REPORT.AZ/ “Nabat” bədii filmi iyulun 29-dan avqustun 9-dək Almaniyada keçiriləcək FIVE LAKES Beynəlxalq Film Festivalında (Fünf Seen Film Festival) nümayiş olunacaq.
"Report" xəbər verir ki, "Nabat" filmi festivalın əsas müsabiqə proqramında yer alıb.
Qeyd edək ki, “Nabat” filmi Almaniyada ilk dəfə 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalının (International Filmfestival Mannheim-Heidelberg) əsas müsabiqə proqramında təqdim olunub və festivalın 3 nüfuzlu mükafatına layiq görülüb. (“Mannheym-Heydelberq”,“Beynəlxalq kinotənqidçilər”, “Ecumenical münsiflər” mükafatları)
Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.